20 yanvar küçəsindəki qüsur aradan qaldırılıb

Xəbər - Samir Əli – Trend:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının 20 Yanvar küçəsi ilə Asif Məhərəmov küçəsinin kəsişməsində yol hərəkətinin təşkilində qüsuru aradan qaldırıb.

Agentlikdən AzerTimes-a verilən məlumatda bildirilir ki, sosial şəbəkələrdə 20 Yanvar küçəsi ilə Asif Məhərəmov küçəsinin kəsişməsində yol hərəkətinin təşkilində qüsurun olması ilə bağlı məlumat yayılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin aidiyyəti şöbəsi tərəfindən nəzarətə götürülmüş problem qısa müddət ərzində aradan qaldırılıb.

Qeyd edək ki, ərazidə olan dekorativ kolluqlar parkın ərazisindən 10 metr kənara köçürülərək yenidən əkilib.

Teqlər: