Xəbər - Samir Əli – Trend:
Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda sıxlıq yaranan yolların siyahısını açıqlayıb.
Agentlikdən AzerTimes-a verilən məlumata görə, hazırda Bakı – Sumqayıt şossesi (Xırdalan dairəsinin tam yanından başlayaraq, bütün şosse boyunca, 20 Yanvar dairəsi istiqamətində çox güclü sıxlıq müşahidə olunur. Həmçinin Binəqədi şosesi – (Əsasən, Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, Şəhər istiqamətində), Babək prospekti – (Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən, Şəhər mərkəzi istiqamətində, eyni zamanda Heydər Əliyev prospekti istiqamətində), Qara Qarayev prospekti – (Koroğlu metro stansiyası istiqamətində), Zabrat şosesi – (Zabrat dairəsi istiqamətindən, əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində), Mikayıl Əliyev küçəsi – (Heydər Əliyev prospekti – Köməkçi yol istiqamətində), Yavər Əliyev küçəsi – (Aeroport şossesinə çıxan yol) və Həsən bəy Zərdabi prospektində (20 Yanvar dairəsinə düşən hissəsi) sıxlıq müşahidə edilir.