2 üzvü toqquşur, KTMT isə “diqqətlə” izləyir

2 üzvü toqquşur, KTMT isə “diqqətlə” izləyir

Qırğızıstan və Tacikistan sərhədində baş verən hadisələri KTMT Katibliyi diqqətlə izləyir.

AzerTimes xəbər verir ki, bu sözləri KTMT sözçüsü Vladimir Zaynetdinov deyib.

“Qırğızıstan-Tacikistan sərhədində 14-16 sentyabrda ağır silahlardan istifadə ilə baş verən toqquşma, nəticədə ölənlərin və yaralıların olması, mülki infrastruktura ziyan dəyməsi KTMT Katibliyini ciddi narahat edir. Ölənlərin yaxınlarına dərin hüznlə başsağlığı veririk, onların kədərini bölüşürük”, – o bildirib.

Zaynetdinov Qırğızıstan və Tacikistana çağırış da edib:

“Bu kontekstdə atəşkəsin əldə edilməsini və hər iki tərəfin sərhədçiləri arasında danışıqların başlamasını alqışlayırıq. Əminik ki, qarşılıqlı anlaşma ilə problem həll ediləcək və konfliktin eskalasiyasına imkan verilməyəcək. Güc tətbiqini qəbuledilməz sayırıq. Konflikt yalnız sülh yolu ilə çözülməlidir, insanların ölümünə imkan vermək olmaz”.

Qeyd edək ki, sərhəddə baş verən qarşıdurmada 24 qırğızın öldüyü, 103 nəfərin isə yaralandığını Qırğızıstan Səhiyyə Nazirliyi açıqlayıb.

Xatırladaq ki, hər iki ölkə KTMT üzvüdür.

Teqlər: