Xəbər - Samir Əli – Trend:
1 milyon 800 min manata yaxın dələduzluqda ittiham olunan Cəfər
Əliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
AzerTimes-ın
məlumatına görə, iş materialları baxılması üçün Bakı Ağır
Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Azər Paşayevin
icraatındadır.
Məhkəmənin hazırlıq iclası fevralın 25-ə təyin edilib.
Cinayət işi üzrə beş nəfər zərərçəkmiş var. Onlardan biri “Azneftemash” zavodunun prezidenti Şahmar Vəliyevdir. C.Əliyev
biznes qurmaq adıyla ondan 1 milyon manata yaxın pul almaqda
təqsirləndirilir.
C.Əliyevin toruna düşən digər dörd nəfər isə Elnur Qəhrəmanov,
Sadıq Yusifov, Vaqif Rzaquliyev və Əkram Əliyevdir. Zərərçəkmişlərə
vurulan ümumi ziyan 1 milyon 800 min manata yaxındır.