İstedadlı kadrların seçilməsi və inkişaf etdirilməsi üzrə
olduqca vacib bir mexanizm olan “Yüksəliş” müsabiqəsi, eyni
zamanda, ölkə vətəndaşlarının dövlətin idarə olunmasında iştirak
etmək hüququnun daha səmərəli təmininə xidmət edir. “Yüksəliş”
müsabiqəsi Azərbaycan dövlətinin prioritet vəzifələri sırasına
daxil olan insan kapitalının formalaşması və inkişafına yönəlmiş ən
uğurlu layihələrdən biridir. Müsabiqədə iştirak etməklə, gənclər
strateji düşünmək, iş icrasını təmin etmək, nəticələrə yönəlmək,
sosial məsuliyyət, komandada işləmək və digər bacarıqlara yiyələnə
bilər. Hər bir millətin gələcəyinin formalaşmasında ən önəmli
amillərdən biri, bəlkə də birincisi keyfiyyətli təhsildir. Təhsilli
bir cəmiyyətə sahib olmaq üçün ən vacib amil isə gənclərin sahib
olduğu təhsil səviyyəsidir. Bu gün ölkəmizdə yaradılan şərait hər
bir kəsin keyfiyyətli təhsil almasına, dövlət idarəçiliyində
yaxından iştirak etməsinə geniş imkanlar yaradıb.
AzerTimes-ın məlumatına görə Jalə Əskərovanın təqdimatında AzTV-nin “Əsas məsələ” verilişində “Yüksəlişə” gedən yol… 2-ci “Yüksəliş”
müsabiqəsinə start verilib. Nəticələr və gözləntilər. Müsabiqənin
şərtləri nədir?” mövzusunda aparılan müzakirələr zamanı bu barədə
ətraflı danışılıb. Verilişin qonaqları – “Yüksəliş” müsabiqəsi
komitəsinin rəhbəri, Gənclər və İdman nazirinin müavini Fərhad
Hacıyev, “Yüksəliş” müsabiqəsinin qalibləri Leyla Rzayeva, Xamis
Seyranov və Orxan Quliyev mövzu ətrafında müzakirə aparıblar.
“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan
Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: