1991-də bayrağımızı Hökumət evinə sancan kimdir? – Foto

1991-də bayrağımızı Hökumət evinə sancan kimdir? – Foto

Ötən gündən bu foto sosial şəbəkələrdə paylaşılır. Hər kəs Sovet gerbinin üzərinə qalxıb, bayrağımızı sancan şəxsin kimliyi ilə maraqlanır.

Bu barədə AzerTimes-a danışan keçmiş hərbçi Nurəddin İsmayılov bildirib ki, 1991-ci ildə Azərbaycanın üçrəngli bayrağını Hökumət evinin divarına sancan şəxs AXC Müdafiə Komitəsinin üzvü Tələt Əlizadədir.

“1991-ci ildə Tələt Müstəqillik haqqında Dövlət Aktı qəbul ediləndən sonra Hökumət evinin divarına vurulmuş dövlət gerbinin üstünə bayrağımızı sancdı.

Tələtin qardaşı AXC Müdafiə Komitəsinin sədri Məmməd Əlizadə idi. Axırıncı dəfə Tələti 12 il əvvəl görmüşdüm. Eşitdiyimə görə, o, dünyasını dəyişib”, – N.İsmayılov deyib

Teqlər: