195-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

195-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 195-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 290 təyyarəsi, 152 helikopteri, 1889 PUA-sı, 373 zenit-raket kompleksi, 4845 tank və digər zirehli texnikası, 825 reaktiv yaylım atəş sistemi, 3369 artilleriya və minaatanı, 5343 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: