193-cü gün: Rusiya Ukraynanın itkilərini açıqladı

193-cü gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 193-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 287 təyyarəsi, 151 helikopteri, 1872 PUA-sı, 372 zenit-raket kompleksi, 4804 tank və digər zirehli texnikası, 824 reaktiv yaylım atəş sistemi, 3367 artilleriya və minaatanı, 5276 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: