191-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

191-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 191-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 283 təyyarəsi, 151 helikopteri, 1864 PUA-sı, 372 zenit-raket kompleksi, 4711-dən çox tank və digər zirehli texnikası, 823 reaktiv yaylım atəş sistemi, 3364 artilleriya və minaatanı, 5217 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: