186-cı gün: Rusiya Ukraynanın itkilərini açıqladı

186-cı gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 186-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 274 təyyarəsi, 148 helikopteri, 1826 PUA-sı, 370 zenit-raket kompleksi, 4400 tank və digər zirehli texnikası, 822 reaktiv yaylım atəş sistemi, 3349 artilleriya və minaatanı, 5095 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: