183-cü gün: Rusiya Ukraynanın itkilərini açıqladı

183-cü gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 183-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 273 təyyarəsi, 148 helikopteri, 1808 PUA-sı, 369 zenit-raket kompleksi, 4384 tank və digər zirehli texnikası, 819 reaktiv yaylım atəş sistemi, 3340 artilleriya və minaatanı, 5048 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: