181-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

181-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 181-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 268 təyyarəsi, 148 helikopteri, 1796 PUA-sı, 369 zenit-raket kompleksi, 4377 tank və digər zirehli texnikası, 818 reaktiv yaylım atəş sistemi, 3335 artilleriya və minaatanı, 5024 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: