179-cu gün: Rusiya Ukraynanın itkilərini açıqladı

179-cu gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 179-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 267 təyyarəsi, 148 helikopteri, 1785 PUA-sı, 367 zenit-raket kompleksi, 4359 tank və digər zirehli texnikası, 810 reaktiv yaylım atəş sistemi, 3323 artilleriya və minaatanı, 4984 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: