170 azərbaycanlı Odessadan təxliyə olundu (FOTO)

Odessa Azərbaycanlılarının Diasporu “Birlik” İctimai
Təşkilatının sədri Rövşən Quliyevin verdiyi məlumata görə bu gün
170 soydaşımız Diasporla İş üzrə Dövlət Komitəsinin və diaspor
təşkilatlarının təşkilatçılığı ilə Odessa yerləşən Azərbaycan
Evinin qarşısından Moldovaya yola salınıb və onların yaxın günlərdə
Moldovadan Azərbaycana təxliyə olunacağı gözlənilir.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlər Komitəsi Azərbaycan
hökumətinin tapşırığı ilə digər dövlət qurumları ilə koordinasiyalı
şəkildə fəaliyyət göstərir və Ukraynada yaşayan soydaşlarımızın
təxliyəsi üçün bütün imkanlarını səfərbər edib.


Teqlər: