162-ci gün: Rusiyanın itkiləri açıqlandı

162-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 162-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya indiyə qədər 41 500 hərbçi, 1 789 ədəd tank, 4026 ədəd zirehli döyüş maşını, 946 ədəd artilleriya sistemi, 260 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 118 hava hücumundan müdafiə sistemi, 223 ədəd hərbi təyyarə, 191 ədəd helikopter, 2 960 ədəd avtomobil texnikası, 742 ədəd PUA, 182 qanadlı raket, 15 gəmi/qayıq, 83 xüsusi avadanlıq itirib.

Teqlər: