152-ci gün: Rusiyanın itkiləri açıqlandı

152-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 152-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya indiyə qədər 39 700 hərbçi, 1 730 ədəd tank, 3 950 ədəd zirehli döyüş maşını, 876 ədəd artilleriya sistemi, 257 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 116 hava hücumundan müdafiə sistemi, 222 ədəd hərbi təyyarə, 188 ədəd helikopter, 2 832 ədəd avtomobil texnikası, 719 ədəd PUA, 174 qanadlı raket, 15 gəmi/qayıq, 73 xüsusi avadanlıq itirib.

Teqlər: