152-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

152-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 152-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 260 təyyarəsi, 144 helikopteri, 1611 PUA-sı, 357 zenit-raket kompleksi, 4161 tank və digər zirehli texnikası, 763 reaktiv yaylım atəş sistemi, 3198 artilleriya və minaatanı, 4459 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: