15 milyon azərbaycanlı təhlükədədir

15 milyon azərbaycanlı təhlükədədir

Urmiya gölünə bu ilin sonuna kimi 600 milyon kub metr su nəql olunacaq.

AzerTimes xəbər verir ki, bu sözləri İran Energetika naziri Seyid Salman Zakir İSNA-ya müsahibəsində deyib.
O, açıqlamasında Urmiya gölünün bərpasının milli tələb olduğunu qeyd edib.

“Vilayətin 13 nümayəndəsinin hamısı Urmiya gölünün bərpası və gölə su nəqli layihələrinin tamamlanmasında həmfikirdir. Bəzi insanlar göl yatağından faydalı qazıntıların çıxarılması səbəbindən bərpa əməliyyatının dayandırıldığını iddia edir. Bu, doğru deyil. Faydalı qazıntıların çıxarılmasına görə insanların həyatını təhlükəyə atmaq olmaz. Urmiya gölünə su nəqli problemlərinin həlli son mərhələdədir. Gölün quruması prosesinin davam etməsinə imkan verməməliyik. Bunun baş verməsi 15 milyondan çox insanın həyatının itirilməsi deməkdir. Su nəqli ilə yanaşı vilayətdə əkinçilik üsulunun dəyişdirilməsi, təzyiqli və damcı suvarma Urmiya gölünün bərpa edilməsi üçün strateji variantlardan biridir”, – Zakir qeyd edib.

İranın şimal-qərbi nümayəndələr məclisinin sədri Seyid Məhəmmədrza Mirtac əd-Dini isə bildirib ki, Urmiya gölünün bərpasının davam etdirilməsi hələ də hökumətin prioritet məsələsidir.

“Urmiya gölü ilə bağlı mühüm layihələrindən biri 36 kilometrlik Kani Sib bəndindən suyun köçürülməsidir və onun tamamlanmasından sonra hər il gölə 700 milyon kubmetrdən çox su axacaq. Sözügedən layihələrin əhəmiyyətli hissəsi bu qış istifadəyə veriləcək. Buna qədər bir milyard kub metrdən çox su gölə nəql ediləcək”.

Teqlər: