15 erməni əsgər Azərbaycanla sərhəddə yandı – Foto

15 erməni əsgər Azərbaycanla sərhəddə yandı – Foto

Xəbər verdiyimiz kimi, bu gecə, saat 01:30 radələrində Ermənistanın Göyçə mahalının Azad kəndi yaxınlığında yerləşən hərbi hissələrindən birində yanğın baş verib, nəticədə 15 əsgər ölüb, 3-ü yanıq xəsarətləri alıb.

AzerTimes xəbər verir ki, yanğının Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin Azad kəndi ərazisində yerləşən mühəndis-istehkamçı rotasının sığınacağında olduğu bildirilir.

Yanğın baş verən hərbi hissə Azərbaycan sərhədinə yaxın ərazidə yerləşir.

Yanğının hansı səbəbdən baş verdiyi haqda heç bir məlumat yoxdur.

Teqlər: