147-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

147-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 147-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 259 təyyarəsi, 143 helikopteri, 1572 PUA-sı, 356 zenit-raket kompleksi, 4135 tank və digər zirehli texnikası, 760 reaktiv yaylım atəş sistemi, 3166 artilleriya və minaatanı, 4410 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: