144-cü gün: Rusiya Ukraynanın itkilərini açıqladı

144-cü gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 144-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 257 təyyarəsi, 140 helikopteri, 1558 PUA-sı, 355 zenit-raket kompleksi, 4084 tank və digər zirehli texnikası, 747 reaktiv yaylım atəş sistemi, 3151 artilleriya və minaatanı, 4379 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: