138 minə yaxın təhsil işçisi hər iki dozada vaksin olunub – Nazirlik

Xəbər - Samir Əli – Trend:

İndiyədək ümumi təhsil müəssisələrində çalışan 220 mindən çox təhsil işçisindən 138 min nəfərə yaxını hər iki dozada vaksin olunub.

AzerTimes-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib. O bildirib ki, bu günədək ümumi təhsil müəssisələri işçilərindən təxminən 60 min nəfərdən çoxu vaksin olunmayıb. Onlardan immuniteti olanlar 16 min 500, bu və ya digər səbəbdən vaksin olunmayanlar isə 42 min nəfərdən çoxdur:

“Vaksin olunmaq həm də ənənəvi qaydada daha çox saatda dərs demək imkanıdır.

İnanırıq ki, növbəti 20-25 gündə təhsil işçiləri arasında vaksinləşmə faizi daha da yüksələcək”.

Twitter: @GuleliyevSamir

Teqlər: