117 il öncə lentə alınan Azərbaycan mahnısı – Video

117 il öncə lentə alınan Azərbaycan mahnısı – Video

Güney Azərbaycanın sosial media kanallarında 117 il qabaq lentə alınan “Gəl, gəl ay mənim maralım” adlı Azərbaycan mahnısı yayılıb.

AzerTimes xəbər verir ki, mahnını Müzəffərəddin şah Qacar dövründə təbrizli müğənni Quluxan Şahi oxuyub.

Qeyd edək ki, Müzəffərəddin şah Quluxan Şahini musiqi təhsili almaq və mahnılarını lentə yazdırmaq üçün Avropaya göndərib.

Bununla da o, səsi lentə alınan ilk Güney azərbaycanlı müğənni kimi tarixə düşüb.

Quluxan səsi və musiqi istedadına görə Müzəffərəddin şahın xüsusi diqqətində olaraq, “Şahi” soyadını qazanıb.

Teqlər: