111-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

111-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 111-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 202 təyyarəsi, 131 helikopteri, 1205 PUA-sı, 338 zenit-raket kompleksi, 3548 tank və digər zirehli texnikası, 521 reaktiv yaylım atəş sistemi, 1947 artilleriya və minaatanı, 3605 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: