105-ci gün: Rusiyanın itkiləri açıqlandı

105-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 105-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının sosial şəbəkə hesabında məlumat yayılıb.

Bildirilib ki, Rusiya indiyə qədər 31 500 hərbçi, 1393 ədəd tank, 3429 ədəd zirehli döyüş maşını, 703 ədəd artilleriya sistemi, 213 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 96 hava hücumundan müdafiə sistemi, 212 ədəd hərbi təyyarə, 178 ədəd helikopter, 2406 ədəd avtomobil texnikası, 13 ədəd gəmi/kater, 76 ədəd yanacaq sisterni, 559 ədəd PUA, 53 ədəd xüsusi texnika, 125 qanadlı raket itirib.

Teqlər: