102-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

102-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 102-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi hərbi əməliyyat başlayandan indiyədək düşmənin 189 təyyarəsi, 129 helikopteri, 1114 pilotsuz uçuş aparatı, 330 zenit-raket kompleksi, 3416 tank və digər zirehli personal daşıyıcısı, 1778 səhra artilleriya silahı və minaatanı, 3419 ədəd xüsusi təyinatlı hərbi texnikası məhv edilib”, – Konaşenkov bildirib.

Teqlər: