1000-dən çox gənc özünüməşğullluq proqramına cəlb edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki
Dövlət Məşğulluq Agentliyinin icra etdiyi özünüməşğulluq
proqramında gənclərin də iştirakına üstünlük verilir.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, son 3 ayda 1000-dən çox gənc özünüməşğullluq
proqramına cəlb edilib.

Onlar istehsal, xidmət və kənd təsərrüfatı sahələri üzrə
proqramda iştirak üçün qeydiyyata alınıb və təlimlərə cəlb
olunublar. Təlimləri uğurla bitirənlərin aktivlərlə təminatı həyata
keçirilir.

Qeyd edək ki, ötən il də 4300-dək gənc özünüməşğulluq proqramına
cəlb edilərək onlar üçün kiçik bizneslər yaradılıb.

Teqlər: