10 yaşında aparıcı olan xalq artisti…

10 yaşında aparıcı olan xalq artisti…

Bu gün Azərbaycan kinosunun dəyərli simalarından olan xalq artisti Ramiz Əzizbəylinin ölümündən bir il ötür.

AzerTimes 72 yaşında dünyadan köçən sənətkar haqqında maraqlı məlumatları təqdim edir.

6 yaşında səhnəyə gələn Ramiz Əzizbəyli 1959-cu ildə dövlət televiziyasında rejissorlar tərəfindən dublaja cəlb olunur. Həmin illərdə ilk dəfə olaraq uşaq obrazları uşaq tərəfindən səsləndirilməyə başlanır.

Ailənin sonbeşiyi olan Ramiz 10 yaşında atasını itirir.

7-ci sinifdə oxuyarkən Ramiz Əzizbəyli Fuad Poladov ilə Azərbaycan Dövlət Radiosunda “Pioner şeypuru” radioqəzetinin aparıcısı olur.

Ramiz Əzizbəylinin ilk quruluş verdiyi film isə C.Məmmədquluzadənin eyni adlı hekayəsi əsasında 1987-ci ildə ekranlaşdırdığı “Pirverdinin xoruzu” filmidir. Qısametrajlı bədii film 1988-ci ildə Kiyevdə keçirilən Gənc Kinematoqrafçıların XIX Beynəlxalq Kinofestivalında ən yaxşı rejissor işinə görə mükafata layiq görülür.

Rejissoru olduğu “Bəxt üzüyü” Azərbaycanın ilk kommersiya filmidir və kinoteatrlarda ən çox izlənilən filmlərdəndir.

R.Əzizbəylinin aktyorluğa vurğunluğu onun bu yolda bir çox çətinliyə sinə gərməsinə kömək olub. Amma ömrünün son illərində bu sənətin onu tam xoşbəxt etmədiyini deyirdi.

Səhhəti ilə bağlı həkim nəzarətində olsa da, 2019-cu ildə komediya filmində rol alır. Bu isə onun son filmi olur.

Ramiz Əzizbəyli 100-dən çox filmin ərsəyə gəlməsində iştirak edib.

Teqlər: