10 ildən sonra ilk: İsraildən AB ilə bağlı mühüm addım…

10 ildən sonra ilk: İsraildən AB ilə bağlı mühüm addım…

İsrail-Avropa Birliyinin Assosiasiya Şurasının 10 illik fasilədən sonra ilk konfransı keçiriləcək.

AzerTimes xəbər verir ki, bu barədə İsrail hökumətinin məlumatında deyilir.

Bildirilib ki, konfransda AB-nin xarici işlər üzrə ali nümayəndəsi Jozep Borrell və bir sıra dövlətlərin xarici işlər nazirləri iştirak edəcək:

“İsraili kəşfiyyat naziri Elazar Stern təmsil edəcək. Gözlənilir ki, konfrans zamanı tərəflər İsrail və AB arasında münasibətləri nəzərdən keçirəcək, əməkdaşlıq sahələrini, münasibətləri inkişaf etdirmək və yaxşılaşdırmaq yollarını müzakirə edəcəklər. Assosiasiya Şurasının 2012-ci ildən bəri ilk dəfə çağırılması son bir ildə İsrailin AB ilə münasibətlərinin yaxşılaşmasını əks etdirən mühüm siyasi nailiyyətdir”.

Teqlər: