“Şevrolet” traktorla toqquşdu: yaralılar var

“Şevrolet” traktorla toqquşdu: yaralılar var

Goranboy rayonunda xəsarətlə nəticələnən yol qəzası olub.

AzerTimes-ın Report-a istinadən məlumatına görə, şəhər ərazisində “Şevrolet” markalı avtomobil traktorla toqquşub. Zərbənin gücündən traktor aşıb. Qəza zamanı xəsarət alanlar var.

Hadisə yerinə təcili tibbi yardım briqadası və yol polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: