10 avtomobil yük maşınına çırpılıb – 1 nəfər ölüb (FOTO)

Xəbər - Samir Əli – Trend:

Bakının Qaradağ rayonu ərazisində qarlı hava şəraiti zəncirvari qəzaya səbəb olub.

AzerTimes-ın məlumatına görə, hadisə Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində baş verib. Yolda hərəkətdə olan yük maşını idarəetməni itirərək aşıb. Qəza nəticəsində 10- a yaxın avtomobil aşan yük maşınına çırpılıb.

Məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.


Hadisə yerinə yol polisi əməkdaşları cəlb edilib, yolda avtomobillərin hərəkəti bərpa olunub.

Teqlər: