1 milyonu mənimsəyən Bayramova həbs edildi

1 milyonu mənimsəyən Bayramova həbs edildi

Talassemiyalı uşaqlar üçün toplanmış 1 milyonluq vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Aynur Bayramova həbs olunub.

AzerTimes Report-a istinadən xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər məhkəməsində Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında qərar qəbul olunub

Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra faktla bağlı cinayət işi başlanılıb. İttihama görə, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib. Xanım müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü ( dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Teqlər: