1 milyon əsgər toplayaq, bu ölkəyə hücum edək

1 milyon əsgər toplayaq, bu ölkəyə hücum edək

Gəlin, heç kimin gözləmədiyi anda qeyri-adi bir addım ataq. Yeni bir səfərbərlik elan edək, 300 min əvəzinə 1 milyon çağıraq, onlara təlim keçək və hamı Ukraynaya hüçum gözlədiyi halda Almaniya tərəf gedək.

AzerTimes xəbər verir ki, bu sözləri tanınmış rusiyalı teleaparıcı Vladimir Solovyov öz verilişinin (“Vladimir Solovyovla axşam”) efiri zamanı deyib.

“Almaniyanı yerlə-yeksan edək, daşı-daş üstündə qoymayaq. Onlarda yenidən nasizm çiçəklənir. Bunu kökündən məhv etməliyik. Düzdür, uşaqlara yazığım gəlir… Amma bu artıq dözülməz hala gəlib çıxıb. Almaniyada olan bütün nasistlər öldükdən sonra görən orada kim qalacaq? Bundan sonra danışarıq”, – deyə o qeyd edib.

Teqlər: