1-ci Beynəlxalq Debat Çempionatının növbəti mərhələsi Kazanda keçirilib (FOTO)

2022 Dünən Kazan şəhərində Tatarıstan aparıcı gənclər təşlilatı
olan “Selet” və İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya üzrə
Regional Mərkəzinin (İƏGF-ARM) birgə təşkilatçılığı İƏGF-ARM-nin
1-ci Beynəlxalq Debat Çempionatının növbəti mərhələsinin bağlanış
mərasimi baş tutub.

Qeyd etmək lazımdır ki, İƏT məkanında gənclərin intellektual
səviyyəsinin və liderlik bacarıqlarının artırılması məqsədi daşıyan
bu beynəlxalq layihə ilk olaraq ölkələr üzrə milli mərhələdə
keçirilir, daha sonra hər ölkədən qalib olmuş komandaların iştirakı
ilə beynəlxalq yarış baş tutur. İƏGF-ARM-nin təşəbbüsü ilə bu
layihə milli səviyyədə ilk dəfə bu ilin fevral ayında Azərbaycanda
keçirilib. Azərbaycanda qazanılmış təcrübə əsasında növbəti aylarda
bu yarışlar digər ölkələrdə də İƏGF ARM tərəfindən təşkil olunması
qərara alınıb.

İki gün ərzində onlayn və auditoriya formatında davam edən debat
çempionatı çərçivəsində qlobal iqlim dəyişikliyi, gənclər arasında
işsizliyin aradan qaldırılmasında beynəlxalq təşkilatların rolu,
investisiya layihələrində ekoloji faktorların vacibliyi, biliklərin
əldə edilməsində distant təhsilin rolu və başqa aktual xarakterli
mövzular ətrafında müzakirələr keçirilib.

Tədbirin bağlanış mərasimində onlayn fotmatda İƏGF-ARM-nin Baş
direktor vəzifələrini icra edən Vüsal Qurbanovun adından Səid
Omanov və “Selet” Gənclər Təşkilatının sədri Aygül Qabddrəhmanova
iştirakçıları salamlayaraq, İƏT-Rusiya Federasiyası dialoqu
çərçivəsində bu tipli tədbirlərin gənclərin liderlik bacarıqlarının
inkişafında, yaradıcı ideya və təkliflərin uğurlu mübadiləsində
oynadığı rolu xüsusi vurğulayıblar. Çıxışlarda həmçinin son illərdə
İƏGF-ARM və “Selet” arasında əməkdaşlığın intensiv xarakter alması
müsbət hal kimi qiymətləndirilib.

Debat Çempionatının sonunda xüsusi bacarığı ilə fərqlənən
qaliblər sertifikat və mükafatlarla təltif olunublar.

Qeyd etmək lazımdır ki, 2022-ci il üçün yarışlara yalnız
Azərbaycan, Mərkəzi Asiya respublikaları və Avrasiya regionu hesab
olunan bir sıra ölkələr qatılacaq. Sonrakı illərdə yarışın
arealının artırılması nəzərdə tutulur.

Teqlər: