May ayında Ukrayna ordusu rekord sayda Rusiya artilleriyasını məhv edib.
AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi-siyasi ekspert Aleksandr Kovalenko deyib.
Onun sözlərinə görə, son zamanlar Ukraynanın işğal olunmuş ərazilərində, xüsusən də Donetsk vilayətinin Mariupol və Zaporojye vilayətinin Berdyansk şəhərləri yaxınlığında düşmən xəttinin arxasında daha tez-tez partlayış səsləri eşidilir:
“May məhv edilən Rusiya artilleriyasının sayına görə rekord aydır. Bu, müharibənin bütün dövrü üçün ümumilikdə mütləq rekorddur. Və düşünürəm ki, bu, elə belə deyil”.