Təyyarədə körpə doğuldu

Təyyarədə körpə doğuldu

Türk Hava Yollarının (THY) biletsiz sərnişini havada təyyarə heyətinə çətin anlar yaşadıb. 13 min metr hündürlükdə uçan təyyarədə körpə dünyaya gəlib.

Hamilə sərnişin THY ilə Konakri (Qvineya) – Uaqaduqu (Burkina Faso)- İstanbul reysi ilə səyahət edib. Təyyarə havaya qalxandan bir saat sonra Fransa vətəndaşı olan Diaby Nafi adlı 9 aylıq hamilə qadının doğuş sancısı başlayıb. Qadın stüardessaların köməyi ilə bir qız uşağı dünyaya gətirib.

Körpəyə Kadiju adı verilib. Uşağın adı təyyarə sərnişinlərindən biri tərəfindən verilib və qulağına azan oxunub.

teyyarede-dogum