Müxalifət mitinqi başladı

Müxalifət mitinqi başladı

Milli Şuranın paytaxtın “Məhsul” stadionundakı mitinqi artıq başlayıb. Hələlik heç bir qanun pozuntusu qeydə alınmayıb.

Bu gün Bakıda keçiriləcək Milli Şuranın mitinqi ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib.

Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın aprelin 8-də keçirəcəyi mitinqlə bağlı xəbərdarlıq edib. İdarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov: “Milli Şuranın Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqində hər-hansı təxribata imkan verilməyəcək: “Biz mitinqin təşkilatçılarını Bakı şəhər Baş Polis İdarəsinə dəvət etmişik.
Onlara xəbərdarlıq ediləcək. Aksiyanın keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan başqa şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar” deyə bildirmişdi.