Rusiyada ötən sutka koronavirusa 10 mindən artıq yoluxma qeydə alınıb

Rusiayda ötən sutka ərzində koronavirusa 10 083 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 390 608 nəfərə çatıb.

Məlumata əsasən, son sutka koronavirusdan 395 nəfər ölüb, 9 232 nəfər isə sağalıb.


Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 92 090 nəfər vəfat edib, 3 995 129 nəfər isə sağalıb.