Qəbələdə qasırğa oldu

Qəbələdə qasırğa oldu

Dünən (8 iyun) güclü küləklə müşayiət olunan dolu və leysan Qəbələ rayonunda təsərrüfatın ayrı-ayrı sahələrinə ciddi ziyan vurub.

Axşam saatlarında rayonun Mıxlıqovaq, Xırxatala, Tikanlı, Bum, Həmzəli, Qəmərvan kəndlərinə dolu və güclü yağış yağıb, qasırğa qopub.

Təxminən 20 dəqiqə yağan dolu və tüğyan edən qasırğa, meyvə-tərəvəz bağlarına və əkin sahələrinə, eləcə də evlərin damlarına və şəxsi təsərrüfatlara ciddi ziyan vurub. Külək ağacların budaqlarını sındıraraq elektrik naqillərinin üstünə və avtomobil yollarına aşırıb. Təbii fəlakət nəticəsində bəzi kəndlərə elektrik verilişi dayanıb. Nəticədə çaylarda suyun səviyyəsi artıb, bəzi həyətyanı sahələri, yolları su və lil basıb.

Bundan əlavə, kəndlilərin otlaq və taxıl sahələrinə, meyvə bağlarına ziyan dəyib. Hazırda aidiyyəti qurumların nümayəndələri vəziyyəti araşdırıb, dəymiş ziyanı hesablayırlar.

qebele-qasirga