Kərbalada terror, ölənlər var

Kərbalada terror, ölənlər var

Müsəlmanların müqəddəs hesab etdikləri Kərbala şəhərində partlayış törədilib.

Kamikadze dayanacaqda üzərindəki partlayıcı qurğunu işə salıb.

İlkin məlumata görə, hadisə nəticəsində 20 nəfər ölüb, 25 adam yaralanıb.

“Yerli vaxtla saat 06 radələrində hüquq mühafizə orqanları kamikadzeni müəyyən ediblər. O, avtodayanacağa girməyə çalışıb”: İraq polisinin məlumatında deyilir.

Partlayışa görə məsuliyyəti İŞİD terror təşkilattı üzərinə götürüb.