Nobel prospektində təmir

Nobel prospektində təmir

“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.

“Azəravtoyol” ASC verilən məlumatda bildirilir ki, üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri bu gün səhər saat 10:00 – dan etibarən Xətai rayonu, Nobel prospektində aparılacaq.

“Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir.