Emre Canın fantastik qolu

Emre Canın fantastik qolu

İngiltərə Premyer Liqasında daha bir oyun keçirilib.

35-ci tur çərçivəsində “Liverpul” səfərdə “Uotford”un qonağı olub. Matç qonaqların minimel hesablı qələbəsi ilə başa çatıb.

Matçda yeganə qolun müəllifi türk əsilli Almaniya yığmasının futbolçusu Emre Can akrobatik zərbə ilə topu doqquzluğa hədəf alıb.

35-ci tur – 1 may

“Uotford” 0:1 “Liverpul”
Qol: Emre Can, 45+2

Bu qələbə sayəsində xallarının sayını 69-a çatdıran “Liverpul” üçüncü pillədəki mövqeyini möhkəmləndirib. “Uotford” isə əvvəlki kimi 40 xalla 13-cü yeri tutur.