Madriddə oteldə yanğın baş verib

İspaniyanın Madrid şəhərində yerləşən otellərdən birində yanğın baş verib.

AzerTimes-ın “Mundo”ya istinadən verdiyi məlumata görə, yanğın otelin yuxarı mərtəbələrində başlayıb. Hadisə yerinə çox sayda yanğınsöndürmə briqadaları cəlb edilib.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.


Yanğının səbəbi və yanğın nəticəsində ölən və xəsarət alanlar barədə məlumat verilmir.

Teqlər: