Bu gün 3500 meşəcinsli ağac əkilib – Nazirlik (FOTO)

Yaz ağac əkini mövsümü çərçivəsində meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində genişmiqyaslı ağacəkmə tədbirləri davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti AzerTimes-a verilən məlumata görə, dünən Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimovun rəhbərliyi və Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının iştirakı ilə İsmayıllı rayonunun meşə fondu ərazisində 1 hektar ərazidə 1600-dən çox müxtəlif cinsli ağac tingi əkilib və palıd toxumu səpilib.

Bu gün isə Oğuz rayonunda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadənin və Nazirliyin regional idarələrinin əməkdaşlarının iştirakı ilə 2 hektar ərazidə 3500 meşəcinsli ağac əkilib.


Qeyd edək ki, yaz ağac əkini mövsümü başlayandan bugünədək respublikanın 25 rayonunda ağac əkini həyata keçirilib, 60 hektar ərazidə 78 minə yaxın müxtəlif cinsli ağac əkilib, 1900 kiloqramdan çox toxum səpilib.

Teqlər: