Afrika İttifaqı Malinin üzvlüyünə xitam verdi

Afrika İttifaqı Malinin üzvlüyünə xitam verdi

Afrika İttifaqı Mali hərbçilərinin qiyamına cavab olaraq ölkənin təşkilatdakı üzvlüyünün dayandırılması barədə qərar qəbul edib.

Bu barədə İttifaqın Sülh və Təhlükəsizlik Şurasının tvitter səhifəsində məlumat verilib.

“Afrika İttifaqı Mali ölkəsinin üzvlüyünü Konstitusiya qaydalarının bərpasınadək dayandırır”, – təşkilat qeyd edib.

Bundan başqa, Afrika İttifaqı “ordu tərəfindən məcburi saxlanılan Prezident İbrahim Bubakar Keyta, Baş Nazir və hökumətin digər üzvlərinin azad olunmasını” tələb edib.