Gürcüstan Prezidenti Salome Zurabişvili Gürcüstanın xaricdəki diplomatik nümayəndəlikləri rəhbərlərinin illik görüşünə qatılmayıb.
AzerTimes xəbər verir ki, bu barədə prezident administrasiyası məlumat yayıb.
Administrasiyadan bildirilib ki, prezident “Səfirlərin Konfransı 2022”-yə protokol pozuntusuna görə qatılmayıb.
Qeyd olunub ki, protokolda prezidentə çıxış üçün söz verilməyib və bu səbəbdən də ölkə Prezidenti Salome Zurabişvili səfirlərin konfransından imtina edib.