Zurabişvilinin yenidən prezident olmaq şansı yoxdur

Zurabişvilinin yenidən prezident olmaq şansı yoxdur

Salome Zurabişvilinin yenidən Gürcüstan prezidenti seçilmək şansı yoxdur.

AzerTimes xəbər verir ki, bu açıqlama ilə Gürcüstan Baş naziri İrakli Kobaxidze çıxış edib.

“Sorğulara əsasən, Gürcü Arzusu Partiyasını seçicilərin təxminən 60 %-i dəstəkləyir, bütün müxalifət isə oktyabrda keçiriləcək parlament seçkilərində təxminən 20 % səs toplayır. Bu şərtlər altında Zurabişvilinin ikinci dəfə prezident seçilmək şansı yoxdur”, – o baş nazir vurğulayıb.

Qeyd edək ki, Gürcüstanda prezident seçkiləri 2024-cü ilin noyabr-dekabr aylarında baş tutmalıdır. Ötən gün isə Zurabişvili açıqlamasında ikinci dəfə namizədliyini vermək niyyətində olduğunu bəyan edib.

Teqlər: