Gürcüstan parlamentinin bu gün keçirilən iclasında ölkə Prezidenti Salome Zurabişvilinin impiçmenti məsələsinə baxılıb.
AzerTimes xəbər verir ki, iclasda çıxış edən hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze prezidenti konstitusiyanı pozmaqda ittiham edib.
“Zurabişvili ləyaqətli olsaydı, istefa verərdi”, – Kobaxidze bildirib.
İclasda iştirak edən Prezident Zurabişvili isə ittihamlara cavab verib. O, hüquqi və demokratik dövlətin dayağı olan Konstitusiya Məhkəməsinin öz rolunu tamamilə tərk edərək siyasi müstəviyə keçdiyini deyib.
Daha sonra məsələ səsverməyə çıxarılıb. Prezident Salome Zurabişvilinin impiçmenti qəbul edilməyib.