Gürcüstan Prezidenti Salome Zurabişvili şəxsi Feysbuk səhifəsində turizm şirkətinin nəşrini paylaşıb. Orada şirkət noyabrın 10-da turistləri “Gürcüstanın tarixi regionu Lori”yə dəvət edir və turistləri “mistik Böyük Gürcüstanı xatırlamağa və ona hörmət etməyə” çağırır.
AzerTimes xəbər verir ki, bu barədə “Gürcüstanın Erməni İcması” QHT-nin rəhbəri Artur Mirzoyan yazıb.
“Bu cür tədbirləri təşkil edənlərin hamısının Ermənistana girişi qadağan edilməlidir”, – o yazıb.
Qeyd edək ki, səyahət şirkəti sonradan bu paylaşımı silib.