Zurabişvilidən Rusiya xəbərdarlığı: Bu il görəcəyik!

Zurabişvilidən Rusiya xəbərdarlığı: Bu il görəcəyik!

İmperialistliyi heç vaxt dayandırmayacaq bir imperiyanın yanında yaşamağın nə demək olduğunu bilirik.

AzerTimes xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Tiflisə Rusiya tərəfindən təzyiq hiss edilib-edilməməsi və Moskva ilə müharibə vəziyyətində olan Ukraynaya hansı məsləhəti verəcəyi sualını cavablandırarkən deyib.

“Ukraynalılara hər hansı bir məsləhət verəcəyimizdən əmin deyiləm, çünki bizim demək olar ki, paralel tarixlərimiz olub: 19-cu əsrin imperialist Rusiyası, 20-ci əsrin Sovet Rusiyası, işğallar olub, bütün bunları birlikdə keçirmişik. Deməli, eyni yoldayıq, bilirik ki, yeganə perspektivimiz AB-yə yaxınlaşmaqdır. Moldova ilə birlikdə üçlük idik və Ukraynadakı müharibə əslində bu yolu sürətləndirdi və ölkələrimizi namizəd statusuna gətirdi”, – o bildirib.

Rusiyanın Gürcüstana təsirindən danışan Zurabişvili qeyd edib ki, ölkədə parlament seçkisi ərəfəsində Moskvanın səsvermə prosesinə müdaxiləsi və hibrid müharibəyə başlayacağı ilə bağlı qorxular var:

“Kiberhücumlar, mümkün iqtisadi təzyiqlərdən istifadə, təbliğat, marjinal qrupların maliyyələşdirilməsi və s. bütün bunları yaşayırıq. İşğal olunmuş ərazilərimiz var, ona görə də belə bir cəmiyyət üçün rusiyayönlü qrupların və partiyaların mövcudluğunu təsəvvür etmək olduqca çətindir. Lakin bunu açıq şəkildə bəyan etməyən rusiyayönlü qruplar var, bu qruplar üçün dəstək və müəyyən formada antiqərb təbliğatı maliyyələşdirilir. Gürcüstanda gördüklərimizi başqa yerlərdə də görürük, əminəm ki, bu il daha çoxunu görəcəyik, ona görə də çox diqqətli olmalıyıq”.

Teqlər: